Pakistanda 5,6 bal gücündə zəlzələ

Pakistanda 5,6 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ Pakistanın Hayber Paxtunxva əyalətində baş verib.

Pakistan Meteorologiya İdarəsinin verdiyi məlumata görə, zəlzələnin episentri Çitral şəhərindən 37 kilometr qərbdə qeydə alınıb.

Yerin 190 kilometr dərinliyində baş verən zəlzələ nəticəsində can və ya mal itkisinin olub-olmadığı hələlik bəlli deyil.

Əfqanıstanla sərhədə yaxın bölgədə qeydə alınan zəlzələnin bu ölkədə də hiss olunduğu bildirilir.


Share: