Pakistan Ali Məhkəməsi parlamentin buraxılması qərarını ləğv etdi

Pakistanın Ali Məhkəməsi Milli Assambleyanın buraxılmasını və Baş nazir İmran Xana etimadsızlıq səsverməsinin ləğvini qeyri-konstitusion adlandırıb.

Müstəqil.Az  xəbər verir ki, bu barədə Geo-TV telekanalı məlumat yayıb.

Baş hakimlər Milli Assambleyaya İmran Xana etimadsızlıq səsverməsi üçün aprelin 9-da iclas çağırmağı tapşırıblar.

Milli Assambleya aprelin 3-də baş nazirin müraciətindən sonra prezident Arif Alvinin qərarı ilə buraxılıb.

Müstəqil.Az

Share: