Özcan Dənizə silahla hücum olundu

Məşhur türkiyəli müğənni Özcan Dəniz hücuma məruz qalıb.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçinin yeni evləndiyi həyat yoldaşı Samar Dadgar ilə birlikdə yaşadığı Sarıyerdəki villasının sahibi ilə aralarında mübahisə yaranıb.

Müğənninin bağçasında lyuk açmaq istəyən ev sahibi məşhur müğənnidən avtomobilini bağçadan çıxarmasını istəyib.

Özcan Dəniz avtomobilini çəkməyəcəyini deyincə ev sahibi müğənnini silahla hədələyib.

Ev sahibinin “Sən ölməyə layiqsən” təhdidinə məruz qalan Dəniz və həyat yoldaşı hadisə ilə bağlı istintaqa cəlb olunublar.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Share: