Özbəkistanın müdafiə naziri Bakıya gəldi

Özbəkistan Respublikasının Müdafiə naziri general-mayor Abdusalom Azizovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Müdafiə Nazirliyindən Müstəqil.Az – a verilən məlumata görə, səfər çərçivəsində Özbəkistanın Müdafiə nazirinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyində hərbi, hərbi-texniki əməkdaşlıq, hərbi təhsil və bir sıra digər istiqamətlərdə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Müstəqil.Az

Share: