Zaxarova: “KTMT öz missiyasını Ermənistanda yerləşdirmək üçün İrəvandan təşəbbüs gözləyir”

Rəsmi İrəvanın KTMT-ni ictimai tənqid etməsi qeyri-məhsuldar yanaşmadır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı News.ru saytının jurnalisti Sona Rüstəmovanın sualını cavablandırarkən danışıb.

O, bildirib ki, hazırda təşkilat öz missiyasını Ermənistanda yerləşdirmək üçün İrəvandan təşəbbüs gözləyir.

“KTMT-nin bütün lazımi formatları, qarşılıqlı fəaliyyət kanalları yaradıldığı və ən əsası, bütün iştirakçıların bu istiqamətdə işləməyə hazır olduğu halda, Ermənistan tərəfindən təşkilatın səmərəliliyi ilə bağlı məsələlərin onun özündən kənarda müzakirə etməsi çaşqınlıq yaradır. Biz erməni tərəfdaşlardan KTMT missiyasının Ermənistanda yerləşdirilməsi üzrə əsaslı işi bərpa etmək üçün təşəbbüskar addımlar gözləyirik. Rusiya tərəfi belə bir işə hazırdır ki, bu da İrəvana yaxşı məlumdur”, – deyə Zaxarova bildirib.

 

Share: