Zaqatalada məktəbdə baş vermiş yanğın söndürülüb

Zaqatalada məktəbə düşən ildırım nəticəsində başlayan yanğın söndürülüb.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində məktəbin dam örtüyündə baş verən yanğın sinif otaqlarına keçmədən qısa müddətdə söndürülüb”, – deyə bildirilib.

22:17

Zaqatalada mətkəb binasında yanğın baş verib.

Saat 20:40-da rayonun Əliabad qəsəbə 4 saylı tam orta məktəbin binasının dam örtüyündə yanğın başlayıb.

APA-nın kənd icra nümayəndəsinə istinadən verdiyi məlumata görə, məktəbdə baş verən yanğının səbəbi binanı ildırım vurması olub.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Əldə olunan məlumata görə, məktəb binasının dam örtüyü tam yanıb. Yanğının sinif otaqlarına keçməsinin qarşısı alınıb.

Üçmərtəbəli 360 şagird yerlik məktəb 2007-ci ildə istifadəyə verib. Hazırda məktəbdə 190 şagird təhsil alır.

 

Share: