“Yuventus” “Fiorentina” ilə bacarmadı

“Yuventus” A seriyasında növbəti oyununa çıxıb. 

Oxu.Az xəbər verir ki, Turin təmsilçisi 5-ci turda səfərdə “Fiorentina” ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. 

Qeyd edək ki, “Yuventus” hazırda turnir cədvəlində 9 xalla 4-cü, “Fiorentina” isə 6 xalla 10-cudur.

“Fiorentina” – “Yuventus” – 1:1

Qollar: Kouame, 29 – Milik, 9

Share: