Yunanıstanda fırtına minik avtomobillərini aşırtdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yunanıstanın Ksanti şəhərinə dolu düşüb, fırtına baş verib.

Nəticədə şəhərdə böyük dağıntılar baş verib, külək minik maşınlarını aşırdıb.

Ksanti sakinləri qeyd ediblər ki, şəhər infrastrukturuna ciddi zərər vuran güclü külək damlardakı kirəmitləri ətrafa səpələyib.

Şəhər rəhbərliyi sakinləri diqqətli olmağı, ehtiyac yaranmadığı halda küçəyə çıxmamağı tövsiyə edib.

Mənbə: Haber Global

Share: