Yevlaxda meşədə yanğın olub

Yevlax şəhərinin Qoyunbinəsi kəndində Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın olub.

“Report”un məlumatına görə, nəticədə 3 hektar sahədə olan kol-kos və ağaclar yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri, canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Share: