Xocavəndin üç kəndinin işğaldan azad edilməsinin ildönümü

Bu gün 44 günlük Vətən müharibəsi zamanı Xocavəndin üç kəndinin işğaldan azad edilməsinin ikinci ildönümüdür.

Oxu.Az xatırladır ki, 2020-ci ilin oktyabrın 16-da müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Xırmancıq, Ağbulaq və Axullu kəndlərini Ermənistanın işğalından azad edib.

Xatırladaq ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı həmin qələbə xəbərini “tweet” ataraq elan edib.

Share: