“Xiaomi” öz əməliyyat sistemini təqdim etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin “Xiaomi” korporasiyası smartfonlar üçün yeni əməliyyat sistemini təqdim edib.

Bu barədə şirkətin rəhbəri Ley Tszyun “Weibo”dakı bloqunda məlumat verib.

Yeni əməliyyat sistemi “HyperOS” adlanıb. Sahibkarın sözlərinə görə, əməliyyat sistemi “Xiaomi” ekosistemindəki bütün məhsullar üçün əsas olacaq. “HyperOS”a ilk giriş “Xiaomi 14” seriyalı smartfonlar üçün əlçatan olacaq.

Yeni əməliyyat sistemi “Xiaomi”nin 2010-cu ildən “Android”lə birlikdə smartfonlarında istifadə etdiyi sistem interfeysi “MIUI”ni əvəz edəcək.

“Sıçrayış etmək vaxtıdır. “Xiaomi” təkcə smartfonlara deyil, həm də 200-dən çox kateqoriyanı əhatə edən nəhəng ağıllı ekosistemə malikdir”, – deyə Ley Tszyun bildirib.

Mənbə: Lenta.ru

Share: