Xankəndi həqiqətləri: “Şəhərin yerli əhalisi azərbaycanlılardır, ermənilər sonradan gəliblər”

“Ermənilər Xankəndiyə sonradan gəliblər. Şəhərin yerli əhalisi azərbaycanlılardır”.

Xezerxeber.az-ın məlumatına görə, bunu Xankəndi sakini Flora Qasımova deyib.

Flora Qasımova 1947-ci ildə Xankəndi şəhərində doğulub. Onun valideynləri, qohumları da Xankəndidə doğulub və orada yaşayıblar.

Flora xanım bildirib ki, Xankəndi onun ana vətənidir. 

Xankəndidə 28 il yaşayan F.Qasımova qeyd edib ki, sonradan gəlmə ermənilərin şəhərdə yaşayan azərbaycanlılarla münasibətləri yaxşı olmayıb.

Onlar hər vəchlə azərbaycanlıları sıxışdırmağa çalışıblar.

76 yaşlı Flora Qasımova Xankəndiyə qayıtmaq ümidini əsla itirməyib. O, bir gün doğma şəhərinə qayıdacağına inanır.

Xatırladaq ki, F.Qasımova Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Birinci Qarabağ müharibəsi şəhidi Şirin Mirzəyevin həyat yoldaşıdır. F.Qasımova 122 saylı Xankəndi Seçki Dairəsindən Milli Məclisin IV və V çağırış deputatı da olub.

Ətraflı süjetdə:

Share: