Xəzər sahili sökülən qanunsuz tikililərin qalıqlarından təmizlənir

Xəzər rayonu, Buzovna qəsəbəsində sökülən qanunsuz tikililərin qalıqlarının təmizlənməsi prosesləri davam etdirilir. 

Bu barədə Oxu.Az-a Xəzər Rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyindən məlumat verilib.

Bildirilib ki, Buzovna çimərliyinin ərazisində aparılan təmizlik işləri Bakı şəhəri və Xəzər Rayon İcra Hakimiyyətinin nəzarəti altında davam etdirilir.

Belə ki, texnikanın dağıtdığı tikintilərin qalıqlarını şəhər və rayonun Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən təmizlənir. Ərazidə canlı qüvvə ilə yanaşı, həm də texnikalardan istifadə edilir.

Könül Cəfərli

Share: