Xətai rayonunda ulu öndərin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil olunub

Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil olunub.

Tədbirə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Xalq artisti-şəhid atası Əli Nur, əməkdar artist, professor Azad Şükürov, hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı,  rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, Cəmşid Naxçıvanski adına Hərbi liseyin kursantları, ziyalılar və rayon sakinləri qatılıblar.

Konsertdə bir çox məşhur incəsənət ustaları və gənc müğənnilərin ifasında ulu öndər Heydər Əliyevə, həmçinin müstəqil Azərbaycana həsr olunan vətənpərvər ruhlu mahnılar ifa edilib.

Sonda təşkil olunan atəşfəşanlıq səmanı al-əlvan rəngə boyayıb,  tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Share: