“Wolt” la kuryerlər arasındakı insidentin səbəbi nədir?

Ərzaq və qeyri ərzaq məhsullarının çatdırılması ilə məşğul olan “Wolt” şirkətinin kuryerləri fəaliyyətlərini tam olaraq dayandırıblar.

Səbəb isə avqustun 29-dan etibarən tətbiq olunan yeni çatdırılma qiymətləridir.

Məsələ ilə bağlı Baku TV-yə danışan şirkətin marketinq meneceri Tofiq Süleymanov bildirib ki, kuryerlərin etirazı əsassızdır:

“Hazırda keçirilən tətillər bütün kuryerlər tərəfindən aparılmır. Əksinə, etiraz edən kuryerlər işini davam edən kuryerlərin fəaliyyətinə mane olurlar. Hesablama modeli dəyişib. İndi biz kuryerlərə naviqatora görə, yəni göstərilən məsafəyə görə ödəniş edirik”.

Daha ətraflı süjetdə:

Share: