Vətən müharibəsinin ilk günü işğaldan azad edilən ərazilər

Bu gün Vətən müharibəsinin başlanmasının üçüncü ildönümüdür.

Oxu.Az xatırladır ki, Azərbaycan Ordusunun sürətli əks-hücum əməliyyatının birinci günündə işğal altındakı altı ərazi işğaldan azad edilib.

Azərbaycan Ordusu üç istiqamətdə – Füzuli, Cəbrayıl və Kəlbəcər – müharibənin ilk uğurunu qazanıb.

Belə ki, Füzulinin Qaraxanbəyli, Qərvənd və Horadiz kəndləri işğaldan təmizlənib.

Cəbrayılın Böyük Mərcanlı, Nüzgar kəndlərində də işğala son qoyulub.

Ordumuzun 27 sentyabrdakı uğurlu əməliyyatları nəticəsində Kəlbəcərin Murovdağ zirvəsi də işğaldan azad edilib.

Share: