Vəliəhdləri sultanlığa hazırlayan məktəb

Türkiyənin İstanbul şəhərində yerləşən, 400 il (1465-1856) Osmanlı sultanlarının iqamətgahı olmuş məşhur Topqapı sarayında vəliəhdləri sultanlığa hazırlayan məktəb uzun sürən restovrasiya işlərindən sonra turistlərin ixtiyarına veriləcək.

Şahzadə və sultanların təhsil aldığı “Şahzadələr Məktəbi” restovrasiyadan sonra qapılarını ilk dəfə “Haber Global”a açıb.

Topqapı sarayının rəhbəri olan İlhan Kocaman “Şahzadələr Məktəbi”ndə tədris olunan fənlərdən, təhsil ocağının daxilində hökm sürən tədris mühitindən danışıb.

Ətraflı süjetdə:

Share: