Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

18 Sentyabr – Milli Musiqi Günü münasibətilə mədəniyyət və incəsənət xadimləri Birinci Fəxri xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.

“Report” xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və ictimaiyyət nümayəndələri iştirak ediblər.

A.Kərimli Üzeyir Hacıbəyli irsindən, onun musiqi sahəsinə verdiyi töhfələrdən danışıb.

Sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edib.

Çıxışlardan sonra Üzeyir Hacıbəylinin məzarı üzərinə əklil və gül dəstələri qoyulub.

Sonda mədəniyyət və ictimaiyyət nümayəndələri Birinci Fəxri xiyabanda mədəniyyət və musiqi xadimlərinin məzarlarını da ziyarət edib, abidələri önünə gül dəstələri düzüblər.

Share: