Uşaq dünyaya gətirən 13 yaşlı qızın anası ondan və nəvəsindən imtina etdi

Azərbaycanda 13 yaşlı qızın ana olması ilə bağlı bəzi məqamlar məlum olub.

Oxu.Az-ın məlumatına görə, hadisə Sabunçu rayonunda baş verib.

Qızın atası rəhmətə gedib və anası ilə yaşayıb.

“Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə Oxu.Az-a bildirib ki, qızın anası nəvəsindən və öz qızından imtina edib.

09:08

Azərbaycanda 13 yaşlı qız ana olub. 

Oxu.Az-ın məlumatına görə, bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə məlumat verib. 

O qeyd edib ki, ana xəstəxanaya yerləşdirilib:

“Dünən ev şəraitində 13 yaşlı qız dünyaya uşaq gətirib. O, xəstəxanaya yerləşdirilib. Doğulan uşaq sağdır, 13 yaşlı ana isə sığınacağımıza yerləşdirilməsini xahiş edir”.

K.Ağazadə qeyd edib ki, qız təcavüzə məruz qalıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən saytımıza bildirilib ki, faktla bağlı artıq araşdırma başlanılıb.

İlhamə Əbülfət

Share: