Uşağın pişik sevdası onun ölümü ilə nəticələndi

İstanbulun Sultanqazi rayonunda Salih Muhammed Kaya adlı uşaq faciəvi şəkildə həlak olub.

Hadisə ərazidə olan təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.

Belə ki, uşaq evlərinin qarşısında yolda pişiklə oynamağa başlayıb, avtomobili işə salıb hərəkət edən sürücü isə bunun fərqində olmayıb və uşağın üzərindən keçib.

Xəstəxanaya çatdırılan uşağın həyatını həkimlərin bütün səylərinə rəğmən xilas etmək mümkün olmayıb.

Mənbə: DHA

Share: