Uill Smitin xanımı yeddi ildir gizlətdikləri sirri açıqladı

Hollivud ulduzu Uill Smitin həyat yoldaşı aktrisa Cada Pinkett Smit ərindən yeddi il əvvəl ayrıldığını etiraf edib.

Bu barədə o, müsahibəsi zamanı danışıb.

“Biz hələ də münasibətlərimizi müəyyənləşdiririk və onların üzərində çox işləyirik. Bir-birimizi dərindən sevirik və bu evliliyin necə davam edəcəyini anlamağa çalışırıq”, – deyə 52 yaşlı aktrisa bildirib.

Müsahibə zamanı o, ulduzla görüşünü də xatırlayıb.

“Bir gün Uill zəng edib dedi ki, Los-Ancelesə gələndə xəbər elə görüşək və telefonu qapatdı. Düşündüm ki, vau, tamam. Los-Ancelesə çatanda zəng etdim. O vaxtdan bəri ondan qurtula bilmədim”, – deyə Pinket-Smit etiraf edir.

Qeyd edək ki, Cada və Uill Smit 1997-ci ildə ilk uşaqları Cadenə hamilə olarkən evləniblər.

Xatırladaq ki, 2022-ci ildə “Oskar” mərasimi zamanı qalmaqal yaşanıb. Belə ki, səhnədə olan aktyor Kris Rok komediya ustası Uill Smitin həyat yoldaşı Cada Pinkett-Smitin saçı ilə bağlı zarafat edib (Cada Pinkett-Smit xəstəliklə əlaqədar saçlarını itirib). Buna reaksiya verən Uill Smit səhnəyə qalxıb və Rokun üzünə şillə vurub. Bundan sonra Kino Sənətləri və Elmləri Akademiyası Smitə “Oskar” da daxil olmaqla 10 il ərzində öz tədbirlərində iştiraka qadağa qoyub.

Mənbə: People

Share: