Ucarda iribuynuzlu heyvanlar müəmmalı şəkildə tələf olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ucarda iribuynuzlu heyvanlar müəmmalı şəkildə tələf olub.

APA TV-nin xəbərinə görə, hadisə axşam saatlarında rayonun Yuxarı Şilyan kəndində baş verib. Səhər örüşə gedən 200 başdan yuxarı iri buynuzlu heyvanda heç bir xəstəlik müşahidə olunmayıb. Axşam saat 16 radələrində örüşdən qayıdan heyvanlarda ölüm baş verib. Yol boyu heyvanlar təxminən aralarındaki məsafə 10-15 metr olmaqla hələlik dəqiqləşməyən sayda tələf olublar.

Gecə saatları olması səbəbindən ölmüş heyvanların sayının dəqiqləşdirilməsi hələlik mümkün deyil. Kənd sakinlərinin dediyinə görə, 50 başdan yuxarı inək tələf olub. Onlar heyvanlarının qəsdən zəhərlənərək öldürüldüklərini ehtimal edirlər.

Hazırda hadisə yerində rayonun baytar həkimləri ölmüş heyvanlardan nümunələr götürür, xəstə heyvanlara zəruri yardımlar göstərirlər. Ölmüş heyvanlar isə ağır texnikalar vasitəsi ilə basdırılır. Tələf olmuş heyvanların dəqiq sayı və ölüm səbəbi araşdırmalardan sonra məlum olacaq.

21:50

Ucarda iribuynuzlu heyvanlar müəmmalı şəkildə tələf olub.

APA-nın xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Yuxarı Şilyan kəndində qeydə alınıb.

Kənd sakinlərinin dediyinə görə, axşam saatlarında örüşdən qayıdan 50 başdan yuxarı heyvan tələf olub.

Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.

Share: