Ucarda ağır avtomobil qəzası olub: Ölən və yaralananlar var

Ucarda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edək ki, bu gün saat 06:59 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən 216-cı kilometrliyində, Nəsibova Səidə Nazim qızının ​ idarə etdiyi “Mercedes” markalı, 90-TE-763 dövlət qeydiyyat nişanlı avtomobil Qazax rayonu​ istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Nəticədə, sürücünün bacısı qızı, 2014-cü il təvəllüdlü Aynişan Abdullayeva hadisə yerində həyatını itirib.

Əraziyə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

09:30

Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik maşınının sürücü Ucar istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb. Hadisə zamanı avtomobildə olan bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Share: