Üç min ildən çox yaşı olan Naxçıvan şəhəri

Bura Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəridir.

Müxtəlif dövrlərdə Əhəmənilər imperiyasının, Atropatenanın və Azərbaycan Albaniyasının, eramızın IV əsrindən sonra isə Sasanilər dövlətinin tərkibində olan şəhər haqda ən erkən məlumat Roma tarixçisi İosif Flaviyə (e.ə. I əsr) və yunan coğrafiyaşünası Klavdi Ptolomeyə (b.e. II əsri) məxsusdur.

Brokhauz və Efronun ensiklopedik lüğətində Naxçıvan şəhərinin əsasının e.ə. 1539-cu ildə qoyulduğu qeyd edilir. Müasir elmdə isə Naxçıvan şəhərinin əsasının e.ə. 1500-cü ildə qoyulması fikri qəbul edilməkdədir.

Üç min beş yüz ildən çox yaşı olan Naxçıvan qədim və müasir tikililəri ilə göz oxşayır. Son illər Naxçıvan şəhərindəki memarlıq abidələrinin bir qismi – Möminə Xatun türbəsi, İmamzadə türbəsi, Zaviyyə məscidi, Cümə məscidi, İsmayıl xan hamamları (XVIII – XIX əsrlərə aid iki hamam), Naxçıvan xan sarayı və onlarla tarixi bina bərpa edilərək əvvəlki görkəminə qaytarılıb.

Naxçıvan şəhəri baş plana əsasən genişləndirilib, boş sahələrdə yeni yaşayış massivləri salınıb.

Xatırladaq ki, bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.

Daha sonra Prezident İlham Əliyev Fuad Vahid oğlu Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. 

PhotoStock.az-ın Naxçıvan şəhərindən lentə aldığı fotoları təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az

Share: