Türkiyənin “Kızılelma” pilotsuz qırıcısının sınaq uçuşu keçirilib

Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanan ilk pilotsuz döyüş təyyarəsi “Kızılelma”nın sınağı keçirilib.

Məlumata görə, sınaq uçuşu uğurlu alınıb.

“Kızılelma”nın havaya qalxdığı anları “Baykar” İdarə Heyətinin sədri Səlcuq Bayraktar sosial şəbəkə səhifəsində paylaşıb.

“Daha yerdə saxlaya bilmədik! Allaha şükür!”, – deyə o, yazıb.

 

Share: