Türkiyədə yerin altından gələn səslər kənd sakinlərini vahiməyə saldı

Türkiyənin Siirt vilayətinin mərkəzi Meydandərə kəndində yerin altından qəribə və qorxulu səslər gəlməyə başlayıb.

Bu iddia ilə bağlı Türkiyə Fövqəladə Hallar Nazirliyi hərəkətə keçib. Rayonda xüsusi qrup yaradılıb.

Həmçinin geologiya mühəndislərindən ibarət qrup kənddə araşdırma aparıb, kənd muxtarından lazımi məlumatlar alınıb. Həmçinin bölgədə akselerometr sistemi quraşdırılıb. Bu sistem kənddə baş verə biləcək zəlzələlər, təbii və süni təkanlar barədə dərhal məlumat verəcək. Sistem sayəsində yeraltı təkanlar 24 saat müşahidə altında olacaq.

Kəndin müxtəlif nöqtələrində 48 kanallı seysmik cihazla ölçmə aparan qruplar yerin 100 metr dərinliyində də araşdırma aparacaqlar.

Kənd sakinləri isə səsin gündən-günə artdığını iddia edirlər.

Mənbə: Haber Global

Share: