Türkiyədə prezidentliyə namizəd canlı yayımda Azərbaycan mahnısı oxudu

Türkiyədə prezidentliyə namizəd Sinan Oğan aktyor və model Barış Murat Yağcının “Youtube” kanalının qonağı olub.

Proqrama Türkiyə futbol millisinin geyimində qatılan siyasətçi aparıcının ondan mahnı oxumasını istəməsindən sonra “Ayrılıq” mahnısını ifa edib.

Qeyd edək ki, İğdirdə anadan olan Oğan azərbaycanəsillidir. O, Zəfər Partiyası, Ədalət Partiyası, Ölkəm Partiyası və Türkiyə İttifaq Partiyasından ibarət Ata İttifaqının prezidentliyə namizədidir.

 

Share: