Türkiyədə daha iki şəhərdə meşə yanğını başladı

Bu gün Türkiyədə İzmirdən sonra Adananın Kozan rayonundakı Kalkumaç məhəlləsində də meşə yanğını başlayıb. Bununla əlaqədar havadan və qurudan yanğınla mübarizə işlərinə başlanılıb.

Həmçinin Bolu-Ankara sərhədində meşə yanğını qeydə alınıb.

Bildirilir ki, Bolunun Gerede mahalı ilə Ankaranın Kızılcahamam mahalı arasında başlayan meşə yanğını böyüməyə davam edir, yanğına müdaxilə etmək üçün bölgəyə çox sayda briqada sövq edilib.

Xatırladaq ki, bu gün Türkiyənin İzmir şəhərində Menderes rayonu yaxınlığında da meşə yanğını qeydə alınıb. Təbii fəlakətlə mübarizə üçün əraziyə 6 təyyarə, 10 helikopter, 23 su tankeri, 6 su təchizatı maşını və 7 buldozer cəlb olunub.

Mənbvə: Haber Global

Share: