Türkiyədə ata və qızı bir universitetin eyni fakültəsinə qəbul oldular

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Yozqat şəhərindən olan 47 yaşlı ata və onun 20 yaşlı qızı dövlət imtahanında yüksək bal toplayaraq ali təhsil müəssisəsinin eyni fakültəsinə daxil olublar.

Qeyd olunur ki, Mehmet Solmaz və onun qızı Ebrar Sena Ankara şəhərindəndirlər. Ata və övladı imtahana birlikdə hazırlaşıblar.

İmtahanda yüksəl bal toplayan hər iki şəxs Yozgat Bozok Universitetinin Bilal Şahin İlahiyyat Fakültəsinin tələbəsi olublar.

Ata və qız universitetə birlikdə gedir, sinifdə eyni partada oturur, dərs fasilələrində və yeməkxanada birlikdə vaxt keçirir, birlikdə dərs oxuyurlar.

Mənbə: İHA

Share: