Türkiyədə ana oğlu tərəfindən girov götürüldü

Türkiyənin İstanbul şəhərində ana oğlu tərəfindən girov götürülüb.

Hadisə İstanbulun Şişli rayonunda baş verib. Oğlu anasını bıçaqla hədələyərək otağa qapadıb və çölə buraxmayıb. Onun psixoloji problemləri olduğu qeyd edilib.

Hadisə yerinə polis qrupları cəlb edilib. Ətrafda geniş təhlükəsizlik tədbirləri görülüb. Küçədə piyada və avtomobillərin hərəkəti dayandırılıb.

Təxminən iki saat davam edən cəhdlərdən sonra şübhəli şəxs qapını açmağa razı salınıb. Qadın xilas olunub. Oğlu qapını açaraq anasını buraxıb.

Kiçik sıyrıqları olan şəxs təcili yardımla xəstəxanaya göndərilib. Anası isə ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb.

Hadisədən təşvişə düşən vətəndaşlar baş verənləri sanki film izləyirmiş seyr ediblər.

Mənbə: Hürriyet

Share: