Türkiyə klubunun avtobusu aşdı: 14 futbolçu yaralandı

Türkiyə III Liqa klubu “Kestelspor”un avtobusu qəzaya düşüb.

Hadisə Alanyada baş verib. Qəzaya avtobus sürücüsünün idarəetməni itirməsi səbəb olub. Nəqliyyat vasitəsi baryerə dəyərək aşıb.

Qəza nəticəsində 14 futbolçu xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağır olduğu üçün əməliyyat ediliblər.

Mənbə: “Fotomac”

Share: