Türk Hava Yolları Tel-Əvivə uçuşları dayandırdı

Türk Hava Yolları İsrail və Fələstin arasındakı gərginliyə görə Tel-Əvivə uçuşları dayandırıb.

“Tel-Əvivə uçuşlarımız İsraildəki mövcud vəziyyətə görə növbəti xəbərdarlığa qədər dayandırılıb”, – şirkətin “X” (keçmiş “Twitter”) sosial media hesabında bildirilib.

Şirkət həmçinin oktyabrın 7-dən oktyabrın 23-dək həyata keçirilməli olan Tel-Əviv reyslərinə biletlərin dəyişdirilməsi və ya qaytarılması qaydalarını da öz saytında dərc edib.

 

Share: