Türk ailənin həyətinə meteorit düşdü

Almaniyanın Elmsxorn şəhərində yaşayan türkəsilli ailə filmlərdə belə yaşana bilməyəcək hadisə ilə qarşılaşıb.

Belə ki, bağa qəhvə içmək üçün çıxan ailə üzvləri böyük bir dəlik aşkar ediblər. Şahin ailəsinin bağına 3,7 kiloqram ağırlığında meteorit düşüb. Ailə başçısı Mahmut Şahinin sözlərinə görə, qızları maqnitlə yoxlayaraq bunun kosmik daş olduğunu bildirib.

Dəyəri 200 min avro qiymətləndirilən daş üçün Almaniyadan da daxil olmaqla bir neçə təklif verilib.

Bu, Şlezviq-Holşteyn əyalətinə düşən ən böyük meteorit hesab olunur.

Mənbə: Sondakika

Share: