Tramp həbsxanaya düşməkdən qorxmur

ABŞ-nin keçmiş prezidenti, respublikaçı Donald Tramp ona qarşı aparılan cinayət işlərinə görə həbsxanaya düşməkdən qorxmadığını və bütün ittihamları siyasi hesab etdiyini bildirib.

“Narahat olmayın, bu barədə düşünmürəm, mən başqa cür adamam. İnsanlar yanıma gəlib bunu necə etdiyimi soruşdular. Mən heç düşünmürəm. Mən ölkəmizi məhv edən korrupsionerlərlə məşğul oluram. Mən sadəcə ABŞ-ni yenidən necə möhtəşəm etmək barədə düşünürəm. Bunlar siyasi, banan respublikası üslubunda olan və üçüncü dünya ölkəsinə yaraşan ittihamlardır”, – eks-prezident bəyan edib.

Xatırladaq ki, ABŞ-nin xüsusi prokuroru Cek Smit avqustun 1-də Trampın dörd maddə üzrə ittiham olunduğunu açıqlayıb. O, faktiki olaraq 2020-ci il seçkilərində məğlub olmasına baxmayaraq, hakimiyyəti qanunsuz olaraq saxlamağa cəhddə ittiham olunur. Siyasətçiyə qarşı irəli sürülən cinayətlərdən ən ağırına görə maksimum cəza 20 il həbsdir.

Mənbə: TASS

Share: