Tovuzda qəzalı vəziyyətdə olan bağça uşaqlar üçün təhlükə yaradır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuz rayonunda uşaq bağçası qəzalı vəziyyətdədir.

Belə ki, rayonun Aşağı Öysüzlü kənd 1 saylı körpələr evi-uşaq bağçasının pəncərələri qırıq, döşəməsi çürük, damı isə köhnədir.

Görünür, 1971-ci ildən fəaliyyət göstərən bağça artıq istismar müddətini başa vurub.

Burada çalışan müəllimlər hər an təşviş içərisində olduqlarını bildiriblər.

Valideynlərin sözlərinə görə, yağış yağarkən su bağçanın içərisinə dolur.

Nəticədə uşaqlar tez-tez xəstələnir və bu da davamiyyətə ciddi təsir edir.

Daha ətraflı “ATV Xəbər”in süjetində:

Share: