Tovuzda minik maşını yanıb, sürücü xəsarət alıb

Tovuzda yanğın hadisəsi baş verib.

APA-nın məlumatına görə, hərəkətdə olan VAZ-2107 markalı minik maşını anidən yanıb.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Avtomobil söndürülüb, yanğın zamanı sürücü müxtəlif dərəcəli xəsarətlər alıb.

Sürücü Namiq adlı şəxs Tovuz Rayon Mərkəzi Xəstəxanası yerləşdirilib.

Yanğının başvermə səbəbləri araşdırılır.

Share: