Tom Kruzun yarış avtomobili satışa çıxarıldı

Tom Kruz ilk növbədə Hollivud aktyoru kimi tanınır.

Bundan əlavə, kino ulduzu avtomobil texnologiyalarına böyük məhəbbət bəsləyir. O, gənc yaşlarında yarışlarda da iştirak edib.

Hazırda Tom Kruzun şəxsən yarışdığı 1984-cü il istehsalı olan Nissan 300ZX sportkarı hərraca çıxarılıb.

1987-ci ildə aktyor kupe ilə Amerika İdman Avtomobil Klubu (SCCA) çempionatının “SSA Class” turnirinə qatılıb.

Arxa ötürücülü kupe 3,0 litrlik V6 mühərriki ilə təchiz edilib

Yürüş məsafəsi 8000 kilometrdən çox olan Nissan 300ZX hərracdakı maksimum təklif hələlik 20 min dollardır.

Mənbə: sports.ru

Share: