“TikTok”dakı üsulla yemək hazırlamaq istədi, evi partlatdı

“TikTok”da gördüyü üsulla yemək hazırlamaq istəyən həvəskar kulinar evini partladıb.

Hadisə Moskvada qeydə alınıb.

Məlumata görə, o, buterbroddakı pendiri videoda gördüyü şəkildə kulinarlar üçün qaz spreyi ilə əritmək istəyib. Ancaq bu vaxt 220 qramlıq balon alışıb. Gənc dərhal onu  vannaya atıb, ancaq bu mənzili dəyən ziyandan xilas edə bilməyib. Partlayış nəticəsində iki otağın pəncərəsinin şüşələri çilik-çilik olub.

Xoşbəxtlikdən ev sahibi və həyat yoldaşı xəsarət almayıb.

Polis baş verənlərlə bağlı yoxlamalara başlayıb.

Mənbə: “112” “Telegram” kanalı

Share: