Tehranda narazı gənclər küçənin ortasına “Molotov kokteyli” düzdülər

İranın Tehran şəhərində narazı gənclər küçənin ortasına “Molotov kokteyli” düzüb, repressiv qüvvələri gözləyirlər.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Qeyd edilir ki, ötən axşam yenidən etiraz aksiyası təşkil edən Tehranın Yusufabad məhəlləsinin gəncləri küçədə “Molotov kokteyli” düzərək İran xüsusi təyinatlılarının gəlişini gözləyiblər.

Bu aksiyalar İranın hökumət rəsmilərinin repressiv siyasətinə etirazdır. Hökumət qüvvələri gənclər tərəfindən cəzalandırılmaqdan qorxaraq nümayişçilərə yaxınlaşmağa cəsarət etməyiblər.

Polislər ötən gecə birbaşa insanlara atəş açaraq bir neçə nəfəri öldürüb və ya yaralayıblar.

 

Share: