TDT Qənirə Paşayevanın vəfatı ilə əlaqədar başsağlığı verdi

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.

Təşkilat başsağlığı mətnini “X” hesabında paylaşıb.

“Bütün ömrünü türk dünyasına xidmətə həsr edən, Azərbaycanın millət vəkili Qənirə Paşayevanın vəfatından kədərləndik. Mərhuma Allahdan rəhmət, ailəsinə və sevənlərinə səbir diləyirik. Türk dünyasının başı sağ olsun”, – deyə başsağlığında bildirilib.

 


Share: