TDT: “Matəm günündə azərbaycanlı qardaşlarımızla birlikdə şəhidlərimizi yad edirik”

“Bu matəm günündə azərbaycanlı qardaşlarımızla birlikdə şəhidlərimizi ehtiramla yad edirik”.

Bu fikir Türk Dövlətləri Təşkilatının (TDT) “Twitter” hesabındakı 1918-ci ilin martında erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının ildönümü ilə bağlı paylaşımında yer alıb.

“Bu gün (təşkilatın – red.) təsisçi üzv dövlətimiz olan Azərbaycanda Azərbaycanlıların Soyqırımı Günüdür. Bu matəm günündə azərbaycanlı qardaşlarımızla birlikdə bu faciəli hadisələrdə həyatını itirən bütün şəhidlərimizi dərin ehtiram və rəhmətlə yad edirik”, – paylaşımda qeyd olunur.

 

Share: