Tayvanla bağlı münaqişə ABŞ

Tayvanla bağlı hipotetik münaqişə ABŞ və Çin arasında böyük müharibəyə səbəb ola bilər.

Bu fikri ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincer bazar günü CBS telekanalına müsahibəsində bildirib.

“Bizim problemimiz var. Bunun iki yüksək texnologiyalı güc arasında genişmiqyaslı müharibəyə çevrilə biləcəyi faktı təcili diqqət tələb edir”, – Dövlət Departamentinin keçmiş rəhbəri vurğulayıb.

Bu baxımdan, onun sözlərinə görə, indi “çox təhlükəli dövrdür”.

Eyni zamanda, keçmiş dövlət katibi əlavə edib ki, Çini beynəlxalq sistemdən kənarlaşdırmaq olmaz.

Share: