Taekvondo məşqçisi 28 dəqiqəliyinə öldü: Ayılanda gördüklərini danışdı

Avstraliyalı taekvondo məşqçisi Fil Jdibel basketbol matçı zamanı infarkt keçirdib və 28 dəqiqə ölmüş vəziyyətdə olub. O, ayıldıqdan sonra yerli mediaya həmin vaxt gördüklərindən və hisslərini danışıb.

Hadisə Celonq şəhərində baş verib.

Kişinin sözlərinə görə, o, koronar arteriya anevrizması səbəbindən infarkt keçirib və huşunu itirib. Bundan sonra 57 yaşçlı kişinin oğlu Coşua təcili yardım çağırıb. Həmin vaxt meydançada olan tibb bacısı isə həkimlərin gəlməsini gözləmədən ona süni tənəffüs verməyə başlayıb. Digərləri defibrilator tapıb.

Məşqçinin sözlərinə görə, bütün bu müddətdə baş verənləri – cansız bədənini və onu həyata qaytarma cəhdlərini o kənardan izləyib. Jdibel təcrübəsini “bədəndənkənar hal” kimi təsvir edib. Kişinin iddiasına görə o, özünü havada uçmasının hiss edib.

Zərərçəkən xəstəxanaya aparılıb. Bir neçə gündən sonra kişi ayılıb və həkimlər ona 28 dəqiqə davam edən klinik ölüm yaşadığını bildiriblər.

Avstraliyalı bu təcrübədən sonra həyata baxışının dəyişdiyini etiraf edib.

“Yaşadığımız xırda problemlər əmin olun ki, narahat olmağa dəyməz. Heç kimin sizə “heç nə edə bilməzsən” deməsinə imkan verməyin”, – Jdibel vurğulayıb.

57 yaşlı kişinin ürəyinə stent qoyulub və o, artıq xəstəxanadan buraxılıb.

Mənbə: Lenta.ru

Share: