Tərtərdə məktəb tikintisi üçün hazırlanan ərazini zibilləyən şəxs müəyyən edildi

Tərtər rayonu, Soyulan kəndində məktəb tikintisi üçün hazırlanan ərazini çirkləndirən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a məlumat verilib.

Bildirilib ki, həmin ṣəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

15:20

Tərtər rayonu, Soyulan kəndində antisanitar vəziyyət hökm sürür.

Oxu.Az xəbər verir ki, kənddə məktəb tikintisi üçün hazırlanan əraziyə məişət tullantıları atılıb.

Belə ki, 1990-cı illərdə ərazidə məktəb üçün bünövrə qazılıb. Ancaq sonradan işlər yarımçıq qalıb və boş əraziyə zibillər atılıb. Ərazi insan sağlamlığı üçün təhlükə saçır.

Həmin fotoları təqdim edirik:

Nəzrin Vahid

Share: