Sürücü sükan arxasından düşüb sərnişinlə əlbəyaxa oldu

Türkiyənin Elazığ şəhərində sürücü avtobusu dayanacaqdan bir qədər irəlidə saxladığı üçün sərnişin əvvəl onunla kobud danışıb, ardınca söyüş söyüb.

Nəticədə sürücü sükan arxasından düşərək sərnişinlə əlbəyaxa olub.

Piyadalardan biri hadisəni telefonuna çəkərək sosial şəbəkələrdə ictimailəşdirib.

Mənbə: İHA

Share: