Sumqayıtda yanğın baş verən əraziyə polis əməkdaşları cəlb olunub

Məlum olduğu kimi, bu gün Sumqayıt şəhərində yerləşən sexlərin birində yanğın baş verib.

DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Oxu.Az-a bildirib ki, yanğınla bağlı dərhal polis əməkdaşları hadisə yerinə cəlb olublar.

Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək işçilərin təxliyyəsi təmin olunur.

20:43

Sumqayıtda sexdə yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Share: