Sumqayıtda sahibsiz itləri zəhərlədilər?

Sumqayıt şəhərində sahibsiz itlərin zəhərləndiyi iddia olunub.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Bildirilib ki, görüntülər şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində lentə alınıb. 

Belə ki, qəsəbə yaxınlığında sahibsiz itlərin zəhərlə öldürüldüyü iddia olunub.

Daxili İşlər Nazirliyinən Oxu.Az-a bildirilib ki, yayılan görüntülərlə bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.

 

Share: