Sumqayıt şəhərində kütləvi zəhərlənmənin ilkin səbəbi məlum olub.
Bu barədə Sumqayıt şəhər prokurorluğundan bildirilib ki, avqustun 16-da Sumqayıt şəhərində yerləşən sexlərdən birində işləyən 11 nəfər şəxsin zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasına müraciət etmələri barədə şəhər prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı həmin şəxslərin həşərat əleyhinə dərman preparatından zəhərlənməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
15:50
TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına zəhərlənmə halı ilə bağlı yerləşdirilən 12 nəfərdən doqquzu ambulator müalicə üçün evə buraxılıb.
TƏBİB-dən bildirilib ki, üç nəfərin terapiya şöbəsində müalicəsi davam etdirilir:
“Onların vəziyyətləri qənaətbəxşdir, həyati təhlükələri yoxdur”.
13:00
Sumqayıtda kütləvi zəhərlənmə faktı qeydə alınıb.
APA-nın xəbərinə görə, 13 nəfər zəhərlənmə əlamətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub.
İlkin məlumata görə, onlar taxta sexinin işçiləridir və sexin birəyə qarşı dərmanlanmasından sonra zəhərləniblər.