Sumqayıtda 47 yaşlı şəxs itkin düşüb

Sumqayıtda 47 yaşlı şəxs itkin düşüb.

Oxu.Az-ın məlumatına görə, 1976-ci il təvəllüdlü Binyatov Bünyad Hacıbəy oğlu martın 22-i yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Evdən çıxarkən əynində göy cins şalvar, boz papaqlı gödəkcə olub.

Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan 051-645-77-27, 055-878-24-31 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Share: