Sorğu: Terror aktına sakinlərin reaksiyası

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Baku TV-nin əməkdaşı paytaxt sakinlərinin terror aktına reaksiyasını öyrənmək üçün sorğu keçirib.

Sorğu iştirakçılarının əksəriyyəti bunu Azərbaycana qarşı xəyanət kimi qiymətləndirib, sərt addımlar atılmalı olduğunu deyib.

“Orada 40 milyon azərbaycanlı var. Amma bir dənə də Azərbaycan məktəbi yoxdur. 5-10 min erməni olsa da, onların məktəbi var. 1991-ci ildə “Hizbullah” adlanan təşkilat ermənilərə silah verirdi. Onlar bizə qarşı həmişə amansız olublar”, – deyə sakinlərdən biri qeyd edib.

Share: